Reklam verin!

 «A» böyük «a» balaca

A

Qorxmağa dəyməz…
Hündürlükdən atılmaqla
intihar edənlərin yarışında
yerə ən tez çatan da qalibdi.

Yıxılıb yol getməkdi
hündürlükdən yıxılmaq…

Darıxmağa dəyməz…
dünyada çox maraqlı şeylər var hələ:
məsələn, balaca qız uşaqlarının
kuklalara analıq etmələri kimi.

Məsələn, maniken qadının
içindəki ağrıları nümayiş etdirən
yerişi kimi.

a

Anayçun, arvad-uşaqçun,
lap elə vətənçin yaşayan insan
ömrün son illərini cənnətçin yaşar -
anasız, arvad-uşaqsız, vətənsiz bir yerçin.

Həə, deməli məlumdu məsələ…

Məsələn, işıq sönmüş otaqda
bir kibriti tapanacan
nə qədər lazımsız əşyaya toxunursan -
stola, divara, televizora…

Həə, deməli yaşamaq da belədi -
bir «kibrit» axtarışında
arvada, uşağa, vətənə, dosta və sairəyə
toxunmaqdı yaşamaq.


Bookmark and Share

Açar sözlər:

Yazar: salamsarvan | Tarix: İyun 28, 2008 0:13 | «А» böyük, «а» balaca | Şərhlər(0) | Baxış sayı: 104

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha