Reklam verin!
Yuma Ailə Jurnalı

«A» böyük «a» balaca

A

Əslində sıxır məni
dünyadakı mənə dəxli olmayan
torpaq artıqlığı, yer genişliyi -
bu yekəlikdə də heç dünya olar?!..

hansı daha çox faşistdi, qardaş -
çörəyi basabasdan çıxan sürücü,
yoxsa insan çoxluğundan
qəzəblənən sərnişin?

Bu boyda da ölkə olar?! -
ərazisi neft quyularının dərinliyindən
məscid minarələrinin ucalığınacan…

Əslində sıxır məni
ovuc içindən dərin,
«I» hərifindən enli,
dəniz ləpəsindən hündür,
körpüdən uzun bütün ölçülər.

 

a

Bu kimsəsizliyi, təkliyi,
mənasızlığı və boşluğu
ən yaxşı dolduran sənsən.

Çürük dostlarla içməkdənsə,
boş-boşuna küçələri ölçməkdənsə
bütün günü dayanırsan
metronun qabağında -
guya kimisə gözləyirsən deyə
aldadırsan özünü və hamını.

Aldadırsan özünü ki,
xoşbəxt bir ömür sürmüsən -
guya keçən günlərində hər şey
qəzetlərdən kəsib yığdığın
ulduz fallarındakı kimi olub.

Hər şeyi, hamını unutmaqla
ölü kimi bir şeysən.
Təkcə soyuducunun fasiləli səsidi
həyatı arabir yadına salan.


Bookmark and Share

Açar sözlər:

Yazar: salamsarvan | Tarix: İyul 5, 2008 11:34 | «А» böyük, «а» balaca | Şərhlər(2) | Baxış sayı: 115

Şərhlər

1
sel yazıb:

salam, shair, necesen? men senin sozun heqiqi ve boyuk menasinda BOLEYSHIKinem. senin sherlerini oxuyanda adamin yorqunluqu cixir, enerji gelir adama, sanki bir gozel suxoy caxir icmisen, ya da istisuda aqaclar altinda purrengi cay. kash butun azerbaycan shairleri senin kimi yazaydilar ve... ve , en esasi poeziyanin esl anlamini senin kimi basha dusheydiler. ancaq... hani? cushkaxana bash alib gedir. boyuk A, kicik a-larin ise yaradiciliqinin en cox xoshuma gelen terefleridir. yassshhhhhaaa!!!!!!!!!

Avqust 4, 2008 13:25
2
gunay dagli yazıb:

salam. men sizi coxdan idi ki internetde axtarirdim. cox sad oldum ki en cox sevdiyim sairi daha mutemade olaraq oxuya bilecem. salam muellim men sizin genc hemkarinizam. sizi hele mekteb illerinden oxuyuram. amma telebeiken sizi daha da yaxsi anladim. bizim edebiyyat dersinde sizi cox oxuyub muzakire ederdik. muellimiz seyad aran sizi cox sevir. demek olar ki sizi bize teblig edirdi. bizide seve seve oxuyurduq. esq olsun size. ugurlar.

Sentyabr 11, 2008 22:53

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha