İntihar qərarına gəlmiş bu qadın
İntihar qərarına gəlib
döşlərini qucaqlamış bu qadın
qolları qoynunda
düyün düşmüş kimi görünər.
Son dəfə qışqırar:
- silləni sığaldan gözəl çəkə bilirsizsə
qadınçün fərqi yoxdu.
İntihar qərarına gəlib
eyvanda dayanmış bu qadın
özünü atmaq istəyər
göydə sürətlə axıb keçən bir ulduzun altına.
Açar sözlər:
Şərhlər
2
Ryabina yazıb:
Mən
ölmək yox,
səndən
bir dünya otərəfə
qaçmaq istəyirəm...
İçimdəki
intihar yanğısı
elə güclü ki,
səni bezdirib
qatil edə bilərəm...
p.s. bəzən belə də olur...-))

"silləni sığaldan gözəl çəkə bilirsizsə
İyul 6, 2008 12:01qadınçün fərqi yoxdu."... Hmmm. Dogrudan? Mubahiselidir!