Reklam verin!

Vəziyyət

 Eynən qatarların vəziyyətindəyəm.
Onlarçın qandal relslərdən
çölə, azadlığa çıxmağın
bircə yolu var - QƏZA!


Bookmark and Share

Açar sözlər:

Yazar: salamsarvan | Tarix: İyun 28, 2008 0:33 | SIXINTILAR | Şərhlər(0) | Baxış sayı: 110

 «A» böyük «a» balaca

A

Qorxmağa dəyməz…
Hündürlükdən atılmaqla
intihar edənlərin yarışında
yerə ən tez çatan da qalibdi.

Yıxılıb yol getməkdi
hündürlükdən yıxılmaq…

Darıxmağa dəyməz…
dünyada çox maraqlı şeylər var hələ:
məsələn, balaca qız uşaqlarının
kuklalara analıq etmələri kimi.

Məsələn, maniken qadının
içindəki ağrıları nümayiş etdirən
yerişi kimi.

Davamı...
Bookmark and Share

Açar sözlər:

Yazar: salamsarvan | Tarix: İyun 28, 2008 0:13 | «А» böyük, «а» balaca | Şərhlər(0) | Baxış sayı: 104

rüyün əlimdə təsbeh əvəzi

      

           

rüyün əlimdə təsbeh əvəzi…

üstündə duamı  oxudum, ayıl.

Sənin məhəbbətin mənim gözümdə

rsinə yozulmuş yuxudu, ayıl.

 

İndi sən mənimçin heç nə deyilsən,

indi nə dərdimsən, nə nəşəm, qadın!

Mən səni sevmirəm, sənin qoynuna

səndən gizlənməyə girmişəm, qadın…

 

Hələ gizli-gizli ovuram səni,

gah daş daşıyıram, gah qum  atıram .

Mən səni atmıram, səndən qaçmağa

ömrüm uzunluqda lağım atıram.

 


Bookmark and Share

Açar sözlər:

Yazar: salamsarvan | Tarix: İyun 27, 2008 23:46 | Yerin melum, sevdiyim | Şərhlər(0) | Baxış sayı: 112

Mumkunse, bu silsiledeki şeirleri oxuyarken qarşinizda şahmat taxtasi da olsun. Buradaki gedişleri taxta uzerinde tekrar etseniz maraqli bir kombinasiyanin şahidi ola bilersiniz. Şexsen men hemin kombinasiyani bu silsiledeki şeirlerin kombinasiyasiyla tutuşdurdum ve gordum ki...

Davamı...
Bookmark and Share

Açar sözlər:

Yazar: salamsarvan | Tarix: İyun 27, 2008 23:24 | Notasiya | Şərhlər(0) | Baxış sayı: 126

Qabaqki yazılar

  Yazılar cəmi: 4