Reklam verin!

31 yaşın şeri

Davamı...
Bookmark and Share

Açar sözlər:

Yazar: salamsarvan | Tarix: İyul 14, 2008 19:18 | Şir bürcü, At ili, It günü... | Şərhlər(0) | Baxış sayı: 191

 CIGIR

 

Darıxıram…

Başımda Sənin fikrin -

rdiş eləməkdən bir cığır açmışam

parket döşəmə üstündə…

rdən o «cığırda» qardaşım  uşağı

velosiped də sürür.


Bookmark and Share

Açar sözlər:

Yazar: salamsarvan | Tarix: İyul 9, 2008 18:43 | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 95

Bağışla, otağım tör - toküntüdü

 

 

Yuvam dimdiyimdə gəzirəm hələ…

Sənsiz yer də yoxdu, dərbədər mənə.

Gəl e gəl, qırılıb qırağa düşmüş

o qol- budağımdan meyvə dər mənə.

 

Bilmirəm  keçirim hansı halını -

Oynayım toyuna, batım yasına?..

r gün neçə məktub yazıb cırıram,

rıb tullayıram… poçt qutusuna.

 

Gözləməkdən gözüm çuxura düşüb,

r heç soruşursan, nə çöküntüdü?

Sənli xatirələr dağılıb evə -

bağışla, otağım tör-toküntüdü.

 


Bookmark and Share

Açar sözlər:

Yazar: salamsarvan | Tarix: İyul 9, 2008 18:37 | Bölməsiz | Şərhlər(1) | Baxış sayı: 111

 ***

 Bir boş oturacaq olmayan qatarda

ayaq üstə qalmış Sərnişin xanım…

Dünyada nə qədər yerim vardısa

durdum hamısından, əyləşin, Xanım.


Bookmark and Share

Açar sözlər:

Yazar: salamsarvan | Tarix: İyul 9, 2008 1:59 | Yerin melum, sevdiyim | Şərhlər(1) | Baxış sayı: 103

Mən gələr olmadım, yolu qarşıla

 

 

Alın yazısında imza yeri boş -

edamrmanıdı, qollamaq olmur.

Nifrət elədiyin ayağını da  

bir addımdan uzaq tullamaq olmur.

 

Dayan bir dəqiqə bir «yox» de mənə,

r gecə yuxuma girib yatan qız.

Adamı arxadan gəlib ötərr,

ay məni qarşıdan gəlib ötən qız.

 

İndi bu qış ömrü sürüşmək gərək…

Bizi qar ötürər, dolu qarşılar.

Bu da ki sonuncu teleqramım: 

mən gələr olmadım, yolu qarşıla.


Bookmark and Share

Açar sözlər:

Yazar: salamsarvan | Tarix: İyul 7, 2008 0:25 | Bölməsiz | Şərhlər(2) | Baxış sayı: 114

Yaşayış

Tufanda qaçıb evə girirəm,
zəlzələdə qaçıb çıxıram çölə.
Başqa heç bir səbəb yoxdu
gəl-get üçün.


Bookmark and Share

Açar sözlər:

Yazar: salamsarvan | Tarix: İyul 6, 2008 11:40 | SIXINTILAR | Şərhlər(1) | Baxış sayı: 100

İntihar qərarına gəlmiş bu qadın

Davamı...
Bookmark and Share

Açar sözlər:

Yazar: salamsarvan | Tarix: İyul 6, 2008 11:38 | Yerigeldi şeirler | Şərhlər(2) | Baxış sayı: 167

Kişi

Zülmnən tapdığı çörəyi
hər axşam bölər evində
bir tikə hərəyə -
özünə, arvada, uşaqlara
və siçançün qurulmuş tələyə.


Bookmark and Share

Açar sözlər:

Yazar: salamsarvan | Tarix: İyul 5, 2008 11:38 | SIXINTILAR | Şərhlər(1) | Baxış sayı: 112

«A» böyük «a» balaca

A

Əslində sıxır məni
dünyadakı mənə dəxli olmayan
torpaq artıqlığı, yer genişliyi -
bu yekəlikdə də heç dünya olar?!..

hansı daha çox faşistdi, qardaş -
çörəyi basabasdan çıxan sürücü,
yoxsa insan çoxluğundan
qəzəblənən sərnişin?

Bu boyda da ölkə olar?! -
ərazisi neft quyularının dərinliyindən
məscid minarələrinin ucalığınacan…

Əslində sıxır məni
ovuc içindən dərin,
«I» hərifindən enli,
dəniz ləpəsindən hündür,
körpüdən uzun bütün ölçülər.

Davamı...
Bookmark and Share

Açar sözlər:

Yazar: salamsarvan | Tarix: İyul 5, 2008 11:34 | «А» böyük, «а» balaca | Şərhlər(2) | Baxış sayı: 116

qaçqınkom.com

 

Xalqa satlıq pişiyini sırımaq istəyirsənsə, əvvəlcə ona siçan bağışla

   

     Murovdağda satılan topraqlar deyirdi ki, torpaq - əgər uğrunda ölən varsa vətəndir…
    Sulutəpədə satılan topraqlar deyirdi ki, torpaq - əgər üstündə yaşayan varsa vətəndir…
   

      İmişlidə məskunlaşan qaçqın Arus deyinirdi:
- Bu hökumət mənim nəyimnən gördü belə? Başqalarını ağ çadıra, qızıl çadıra ötürdü, məni qara çadıra.

Davamı...
Bookmark and Share

Açar sözlər:

Yazar: salamsarvan | Tarix: İyul 1, 2008 22:36 | PRO-ZA | Şərhlər(1) | Baxış sayı: 108

Qabaqki yazılar

  Yazılar cəmi: 10