***
Bir boş oturacaq olmayan qatarda
ayaq üstə qalmış Sərnişin xanım…
Dünyada nə qədər yerim vardısa
durdum hamısından, əyləşin, Xanım.
Açar sözlər:
Yazar: salamsarvan | Tarix: İyul 9, 2008 1:59 | Yerin melum, sevdiyim | Şərhlər(1) | Baxış sayı: 103
Hörüyün əlimdə təsbeh əvəzi
Hörüyün əlimdə təsbeh əvəzi…
üstündə duamı oxudum, ayıl.
Sənin məhəbbətin mənim gözümdə
tərsinə yozulmuş yuxudu, ayıl.
İndi sən mənimçin heç nə deyilsən,
indi nə dərdimsən, nə nəşəm, qadın!
Mən səni sevmirəm, sənin qoynuna
səndən gizlənməyə girmişəm, qadın…
Hələ gizli-gizli ovuram səni,
gah daş daşıyıram, gah qum atıram .
Mən səni atmıram, səndən qaçmağa
ömrüm uzunluqda lağım atıram.
Açar sözlər:
Yazar: salamsarvan | Tarix: İyun 27, 2008 23:46 | Yerin melum, sevdiyim | Şərhlər(0) | Baxış sayı: 110
Qabaqki yazılar
Yazılar cəmi: 2

